İranlı general Pakistanı hədələyib

İranlı general Pakistanı hədələyib
17:42 8 May 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ İran Silahlı Qüvvələri rəsmi İslamabadı Pakistan ərazisindəki terrorçulara zərbə endirəcəyi ilə hədələyib.
“Report” xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, diviziya generalı Məhəmmədhüseyn Baqiri yerli “IRINN” televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, yaranmış mövcud vəziyyət İran üçün qəti qəbuledilməzdir: “Hesab edirik ki, Pakistan hökuməti sərhədə nəzarət edəcək, terrorçuları İrana təhvil verəcək və onların ölkə ərazisindək düşərgələrini məhv edəcək. Pakistan ərazisindən hücumlar davam edərsə, o zaman harada yerləşmələrindən asılı olmayaraq, terrorçuların gizləndikləri və sığındıqları yerlərə dağıdıcı zərbələr endirəcəyik”.
Qeyd edək ki, aprelin 26-da İran Sərhəd Xidmətinin əsgərlərinə Pakistan tərəfdən açılan atəş nəticəsində ikisi kiçik rütbəli zabit olmaqla 10 nəfər ölüb, 3-ü isə yaralanıb. Hücumun məsuliyyətini “Ceyş-əl Ədl” (“Ədalət ordusu”) üzərinə götürüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranli-general-pakistani-hedeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR