“Heydər Əliyev irsi və İslam həmrəyliyi” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev irsi və İslam həmrəyliyi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
17:50 8 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə dini icmalar arasında “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda elan olunmuş məqalə müsabiqəsinin qaliblərini mükafatlandırıb.

DQİDK-dən Trend-ə verilən məlumata görə, tədbiri komitə sədrinin birinci müavini Səyyad Salahlı açaraq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə bütün konfessiyalara eyni səviyyədə münasibət Ümummilli Liderin tolerantlığa verdiyi önəmi bir daha göstərir. Tolerantlıq siyasətinin ən bariz nümunələrindən biri də odur ki, milli-mənəvi dəyərlərlə bağlı keçirilən tədbirlərdə bütün dini konfessiyaların nümayəndələri iştirak edirlər. Heydər Əliyevin həyat və fəaliyyəti, onun beynəlxalq siyasətdə xüsusi yer tutması, dünyanın müxtəlif hissələrində məskunlaşmış azərbaycanlıların birliyi naminə atdığı addımlar haqqında geniş söhbət açan S.Salahlı onun 1993-cü ildə Azərbaycanın düşdüyü çətin vəziyyətdə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı bir zamanda xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra ölkəmizin əldə etdiyi uğurlardan danışıb. O, həmçinin Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində misilsiz xidmətləri və onun yaratdığı məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında məlumat verib. Komitə sədrinin müavini ölkəmizin son illərdəki iqtisadi inkişaf göstəriciləri haqqında da söhbət açıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra uzaqgörən və müdrik siyasəti ilə ölkəmizi böyük bəlalardan qurtardığını və müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Rahib Babayev Ulu Öndər Heydər Əliyevin şanlı həyat yolundan, memarı olduğu müstəqil Azərbaycanın təşəkkülü və tərəqqisi mərhələlərindən danışıb. Qeyd edib ki, məhz dahi Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz keçən əsrin 90-cı illərinin əvvəlində böhrandan çıxa bilib və bu gün Ümummilli Liderin strategiyasının layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında regionda aparıcı dövlətə çevrilib.

Sonda DQİDK-nın dini icmalar arasında ənənəvi olaraq təşkil etdiyi “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə görə, Ağayev Süleyman I yer, Quliyeva Zeynəb II yer, Ruhullayev Ruhulla III yerlərə layiq görülüblər, İbrahimov İbrahim, Cəfərov Elnur, Əliyev Şəfaət isə həvəsləndirici mükafatlarla təltif ediliblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2751529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR