Tarkan və Meray Keri Bakı konsertində nə qədər qazanacaq? - MƏBLƏĞ AÇIQLANDI

Tarkan və Meray Keri Bakı konsertində nə qədər qazanacaq? - MƏBLƏĞ AÇIQLANDI
17:52 8 May 2017
118 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, iyulun 23-25-də Bakıda keçirilən "Formula 1 Grand Prix" yarışları ərəfəsində konsert vermək üçün Tarkan, Meray Keri, Nikol Şerzinger və "Black Eyed Peas" paytaxtımıza gələcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Tarkan açılış günündəki çıxışı üçün 1 milyon 800 min lirə (təxminən 900 min manat və ya 500 min dollar) alacaq.

Yarışların son günündə isə M.Keri səhnəyə çıxacaq. ABŞ mediasında yer alan xəbərə görə, pop diva bu çıxışı üçün Tarkandan iki dəfə az məbləğ, 250 min dollar qazanacaq.

Türkiyə mediası bu xəbəri "Meqastar Bakıda öz fərqini ortaya qoydu" başlığı ilə verib. Ayrıca Tarkan və Meray Keri üçün Bakının 7 ulduzlu otellərindən birində, 2 kral dairəsinin ayrıldığı qeyd edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/542832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR