Bakıda daha 5 çoxmərtəbəli bina yeni sistemə keçdi

Bakıda daha 5 çoxmərtəbəli bina yeni sistemə keçdi
17:54 8 May 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın ayrı-ayrı şəhər və rayonlarında mənzil mülkiyyətçiləri ilə görüşlər keçirilir, müvafiq qanunvericiliyin müddəaları izah olunur, maarifləndirici broşurlar və materiallar təqdim edilir, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılması istiqamətində dəstək göstərilir.

 

Həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, özəl mənzil fondunun idarə olunmasında vətəndaşların fəallığı artıb, paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Nizami rayonları üzrə daha 5 yeni MMMC yaradılaraq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla da, qeydiyyatdan keçmiş MMMC-lərin sayı 43-ə çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR