8 il əvvəl dənizə düşmüş hərbi təyyarə tapıldı - FOTOLAR

8 il əvvəl dənizə düşmüş hərbi təyyarə tapıldı - FOTOLAR
17:58 8 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Düzcə Universitetinin mütəxəssisləri sualtı tətqiqatlar zamanı Kalkın kəndinin təxminən 1,8 dəniz mili məsafəsində suyun 29 metr dərinliyə batmış C-47 tipli hərbi nəqliyyat təyyarəsi tapıblab.

Publika.az xəbər verir ki, təyyarənin qalıqları Düzce Universitetinin sualtı tədqiqat mərkəzi tərəfindən "Dənizin ruhu Anadolu" tarixi layihəsi əsasında təşkil olunan proqram əsasında tapılıb. Məşhur dalğıc Tahsin Ceyran dənizin dərinliklərinə enərək 8 il əvvəl batdığı ehtimal edilən C-47 tipli hərbi nəqliyyat gəmisinin son halının fotolarını çəkib.

Qara Dənizdə araşdırma aparmağın maraqlı olduğunu vurğulayan dalğıc onu da qeyd edib ki, növbəti hədəfləri U-20 alman sualtı gəmisidir:

"Ətraf Mühit və Şəhərsalma Nazirliyinə araşdırma ilə bağlı yazılı müraciət etmişik. Axtarışlara icazə verildikdən sonra nəticələr barəsində onlara məruzə edəcəyik".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR