X sinif dərsliyində nöqsanlar aşkarlandı

X sinif dərsliyində nöqsanlar aşkarlandı
18:28 8 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi X sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.

DİM-dən Publika.az-a verilən məlumata görə, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylər (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.

“Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün http://www.trims.edu.az saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınıb, lakin bəzi iradlar olduğu kimi qalıb əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib. Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 08 may 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib”-deyə, DİM-in məlumatında qeyd edilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış Müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslikləri monitorinqini aparır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/198026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR