IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
18:50 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

11-14 oktyabr 2017-ci il tarixlərində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivala film qəbulu aprel ayının 15-də başlayıb 1 sentyabr tarixinə qədər davam edəcək. Festivalın təşkilat komitəsi göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar:

Ölkə, region, şəhər;
Mədəniyyət, ənənə;
Reklam filmləri;
Ekoturizm və digər turizm növləri;
TV məhsullar (filmlər, videoçarxlar).

Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar. Festivalın ən yaxşı filminə isə QRAN PRİ – diplom və mükafat veriləcək.

BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2751569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR