Kişilərin nə üçün ağıllı qadın sevməməsinin SİRRİ TAPILDI

Kişilərin nə üçün ağıllı qadın sevməməsinin SİRRİ TAPILDI
18:53 8 May 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalı alimlər kişilərin niyə ağıllı qadın sevməmələrinin səbəbini tapıblar. Daha doğrusu, alimlər “Evrika” deyə tapıntı sevincini yaşayıblar. Əslində isə hər kəsə bəlli olan məsələni sadəcə elmi cəhətdən təsdiqləyiblər.

Publika.az-ın xəbərinə görə, bununla bağlı keçirilən təcrübədə könüllü iştirak edən kişilər etiraf ediblər ki, ağıllı qadınlar onlara cazib gəlmir. Belə qadınlarla ən yaxşı halda dost, ortaq olmaq mümkündür. Çünki kişilər ağıllı qadınların yanında özlərini səfeh hesab edirlər. Bu da onların daim bilicilik edən “müəllim” qüruruna təsir edir.

Tədqiqatçılar hesab edirlər ki, bu səbəbdən də ağıllı, savadlı, dünyagörüşlü qadınların ərə getmək şansları az olur. Kişilər təzə tanış olduqları qadının özündən ağıllı olduğunu görəndən sonra elə ertəsi gün zənglərə cavab vermirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR