SON DƏQİQƏ: I və IV ixtisas qruplar üzrə qəbul imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ: I və IV ixtisas qruplar üzrə qəbul imtahanının nəticələri AÇIQLANDI
18:54 8 May 2017
616 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-də saat 18:35-dən etibarən elan edib.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR