X sinif dərsliklərində səhvlər aşkarlanıb - DİM

X sinif dərsliklərində səhvlər aşkarlanıb - DİM
18:59 8 May 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

 

“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında bağlanmış müqavilə əsasında DİM yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış X  sinif dərslik komplekti layihələrinin qiymətləndirilməsini həyata keçirib.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, qiymətləndirilmə nəticəsində hazırlanmış  rəylər  (945 vərəq) 25 yanvar 2017-ci il tarixində Təhsil Nazirliyinə göndərilib.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müsabiqə şərtini ödəmiş  X sinif dərslik komplekti layihələri “ictimai müzakirə” üçün  http://www.trims.edu.az  saytına yerləşdirildikdən sonra Nazirliyin rəsmi müraciətinə əsasən yenidən həmin layihələrin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq zamanı müəyyən edilib ki, qiymətləndirilmə nəticəsində hazırlanmış rəylərdə göstərilmiş qeyd, irad və təkliflərin xeyli hissəsi nəzərə alınıb, lakin bəzi iradlar olduğu kimi qalıb, əlavə və dəyişikliklər zamanı isə yeni səhvlərə yol verilib. Dərslik komplektlərinin yuxarıda qeyd olunan saytda yerləşdirilmiş layihələrinin monitorinqi nəticəsində hazırlanmış yekun rəylər (193 vərəq) 8 may tarixində Təhsil Nazirliyinə göndərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR