Braziliya dünya çempionu oldu, turnirin ən yaxşısı Məhəmməd seçildi

Braziliya dünya çempionu oldu,  turnirin ən yaxşısı Məhəmməd seçildi
19:32 8 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Çimərlik futbolu üzrə dünya çempionatı başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, finalda Braziliya və Taiti yığmaları üz-üzə gəlib. Braziliya 6:0 hesabı ilə qalib gələrək, dünya çempionu olub. Bürünc medalları isə İran yığması qazanıb. İran 3-cü yer uğrunda görüşdə İtaliyaya qalib gəlib - 5:3.

Turnirin ən yaxşı oyunçusu iranlı Məhəmməd Əhmədzadə seçilib. Ən yaxşı qapıçı da İran yığmasının üzvü Peyman Hüseyni hesab edilib. İtaliya yığmasının hücumçusu Qori isə 17 qol vuraraq, ən yaxşı bombardir olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR