700 bal toplayan abituriyent: Xaricdə təhsil almaq istəyirəm

700 bal toplayan abituriyent: Xaricdə təhsil almaq istəyirəm
19:38 8 May 2017
650 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi mayın 7-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Nəticələrə əsasən, 5 nəfər birinci, 2 nəfər dördüncü ixtisas qrupu üzrə 700 bal toplayıb.

Ən yüksək nəticə göstərən abituriyentlərdən İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbinin şagirdi Vahab Cəbrayılov ilk təəssüratlarını Publika.az-la bölüşüb. O, bu nəticəni əldə edəcəyinə əvvəldən inandığını deyib: “Dünən imtahandan sonra cavabları yoxlayanda bütün suallara düz cavab verdiyimi bildim. Bütün cavabları doğru köçürdüyümdən əmin idim və heç bir səhv ola bilməzdi. Ona görə də, nəticəmin 700 bal olacağını dünəndən bilirdim. İndi də cavablar açıqlandı, tam təsdiqləndi. Əlbəttə, ən yüksək nəticəni göstərmək sevindirici haldır”.

Vahab bu nəticəni əldə etmək istəyənlərə ilk növbədə orta məktəbdə yaxşı oxumağı məsləhət görür: “Orta məktəbdə dərslərim hər zaman əla olub. 700 bal toplamağı qarşıma məqsəd qoymuşdum. Sınaqlarda da hər dəfə 670-690 bal toplayırdım. Yüksək nəticə göstərmək üçün planlı və yaxşı oxumaq lazımdır”.

Vahab artıq təhsil almaq istədiyi ali məktəbi də seçib: “Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə təhsil almaq istəyirəm. Bakalavr pilləsinin sonrakı mərhələlərini xaricdə oxumağı planlaşdırıram. Magistratura təhsilini isə mütləq xaricdə oxumaq istəyirəm”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/198035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR