İŞİD-in 37,5 ton narkotiki aşkarlandı

İŞİD-in 37,5 ton narkotiki aşkarlandı
19:53 8 May 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliya polisi 37,5 ton narkotik maddəni müsadirə edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, narkotik maddələr Liviyaya aparılırdı.

Onların İŞİD döyüşçüləri üçün nəzərdə tutulduğu ehtimal edilir. Qadağan edilmiş yük İtaliyanın şimalında yerləşən Genuya limanında aşkarlanıb. Narkotik Hindistandan şampun adı ilə Şimali Afrikaya göndərilmiş üç konteynerin içində idi.

Götürülmüş həblərin ümumi qiyməti, ilkin hesablamalara əsasən, 75 milyon avro təşkil edir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR