Fransada seçkilərin nəticələrini tanımayan solçular nümayiş keçirir -

Fransanın paytaxtı Parisdə prezident seçkilərinin nəticələrini boykot edən bir qrup etirazçı küçələrə axışıb.

Metbuat.az-ın məlumatına görə, polis nümayiş iştirakçılarına gözyaşardıcı qaz və plastik mərmilərlə müdaxilə edib.

Etirazçılar “Nə Makron, nə Lö Pen!” şüarını səsləndiriblər. Özlərini “antikapitalist” adlandıran radikal solçuların aksiyaları Lion, Nant və Qrenobl şəhərlərinə də yayılıb.

Son məlumatlara görə, 141 nümayiş iştirakçısı polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, mayın 7-də Fransada keçirilən prezident seçkilərinin ikinci turunda 65,1% səs toplayan Emmanuel Makron Marin Lö Peni qabaqlayaraq ölkəsinin 25-ci prezidenti seçilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR