Malena Mard: “Gələn il Lənkaranda kənd təsərrüfatı layihəsinə başlayacağıq”

Malena Mard: “Gələn il Lənkaranda kənd təsərrüfatı layihəsinə başlayacağıq”
19:57 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ "Lənkaranda istehsal olunan kənd təsərrüfatı məhsulların Azərbaycan və Rusiya bazarları ilə yanaşı, Avropa İttifaqı ölkələrinə də çıxarılması üçün geniş potensial var”. 
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Lənkaranda təşkilatın yaranmasının 60 illik yubileyi münasibətilə keçirilən tədbirdə bildirib.
M.Mard deyib ki, növbəti ildən kənd təsərrüfatı layihəsinə başlanılacaq: “Gələn il Lənkaranda kənd təsərrüfatı layihəsinə başlayacağıq. Avropa İttifaqı olaraq istəyirik Azərbaycanla əməkdaşlığımızı mümkün qədər genişləndirək. Avropa İttifaqı ilə Azərbaycan arasında geniş və müfəssəl saziş imzalanacaq. Bu sazişdən hər iki tərəf bir çox məsələləri gözləyir. Çünki 1999-cu ildə Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişindən daha geniş olacaq. Bu saziş çərçivəsində həmçinin Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan insanlara avropalı mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması istiqamətində kənd təsərrüfatında standartların yüksəlməsinə dəstəyin göstərməsi daxildir. Lənkaranda istehsal olunan kənd təsərrüfatı məhsulların Azərbaycan və Rusiya bazarları ilə yanaşı, Avropa İttifaqı ölkələrinə də çıxarılması üçün geniş potensial var”.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/malena-mard-gelen-il-lenkaranda-kend-teserrufati-layihesine-baslayacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR