Türkiyə bu ölkə ilə sərhəddə DİVAR TİKİR

Türkiyə bu ölkə ilə sərhəddə DİVAR TİKİR
20:12 8 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hökuməti İranla 70 kilometr sərhəddə divar tikməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqsəd İrandakı PKK silahlılarının Türkiyəyə keçidinin qarşısını almaqdır.

Qeyd edək ki, İranın Türkiyə ilə sərhəd ərazisində PKK-nın 6 düşərgəsi yerləşir və bu düşərgələrin hər birində təşkilatın 800-1000 üzvü fəaliyyət göstərir.

Mənbə bildirib ki, divar sərhədin Ağrı və İğdır vilayətlərindən keçən hissəsində tikiləcək. Sərhədin digər hissələri isə qüllə və dəmir hasarlarla bərkidiləcək. İki ölkə arasında sərhədin ümumi uzunluğu 500 kilometrə yaxındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR