Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişləndi

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişləndi
20:13 8 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi genişlənib.

Publika.az xəbər verir ki, bununla bağlı bu gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərman imzalayıb.

Dəyişikliyə əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvü təyin edilib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/198038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR