İran ordusundan Həsən Ruhaniyə

İran ordusunun nüvə sınaqlarını narahatlıqla qarşılayan ölkə prezidenti Həsən Ruhani dövlət televiziyasındakı son çıxışında sınaqlar zamanı sloqanlar atılmasının ABŞ-la münasibətlərə və nüvə anlaşmasına zərbə vuracağını bildirib.

Metbuat.az-ın məlumatına görə, çox keçmədən İran hərbi qərargahının komandanı Məhəmməd Bakıri Ruhaninin çıxışına sərt reaksiya verib. O, "Mizan" xəbər agentliyinə verdiyi müsahibədə prezidentə "səlahiyyətli biri" qismində xitab edib:

"Səlahiyyətli birinin xalqın gücünün göstəricisi olan mərmiləri nüvə anlaşması kimi kiçik bir mövzu ilə əlaqələndirməsi qəbuledilməzdir".

Bakırinin prezidenti "səlahiyyətli biri" adlandırması Ruhani tərəfdarları tərəfindən xoş qarşılanmayıb.

Qeyd edək ki, İranda silahlı qüvvələr dini lider Əli Xameneinin tabeçiliyindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR