Oğlunun itən telefonu üçün 15 metrlik zibil dağını qazdı, telefonu çıxardı

Oğlunun itən telefonu üçün 15 metrlik zibil dağını qazdı, telefonu çıxardı
20:27 8 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-Cersi ştatının Haddon-Taunşip şəhər sakini oğulunun telefonu 15 metr hündürlükdə yığılmış zibil qalıqlarının arasından tapıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "NBC Philadelphia" məlumat yayıb.

Telekanalın məlumatına görə, orta məktəb şagirdi olan İtan Ronkas öz qacetini təsadüfən zibil qutusuna atıb. Onun atası Kreyq Ronkas smartfona onun yerini göstərən xüsusi proqram yazıbmış. O, həmin proqram vasitəsilə smartfonun axtarışına çıxıb. Bir müddət xəritədə hərəkət edən qurğu sonra Kamden şəhərində yerləşən tullantılar toplanan obyektlərdən birində dayanıb.

Kişi zibilliyin yerləşdiyi ünvana yola düşüb və hündürlüyü 15 metrə çatan zibil dağını qazmağa başlayıb. O, cəmi 30 dəqiqə ərzində telefonu tapıb. Zibillərin altından tapılan qadjet saz vəziyyətdə olub.

Kreyq vaxtında tullantılar yığılan obyektə çatmasaydı, işçilər zibilləri poliqona aparacaqdılar.

Qeyd edək ki, lazımlı və dəyərli əşyaların zibil qutusuna atılması hallarına tez-tez rast gəlinir. Ötən ilin avqustunda Polşanın Kolobjeq şəhərində zibil yığanlar köhnə tozsoranın içərisindən yarım milyon avroluq əskinas tapmışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR