Azərbaycan milli komandası Kamerun yığması ilə heç-heçə edib

Azərbaycan milli komandası Kamerun yığması ilə heç-heçə edib
20:37 8 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin I turuna yekun vurulub. 
"Report"un məlumatına görə, açılış gününün son matçında 23 yaşadək Azərbaycan milli komandası Kamerun yığması ilə üz-üzə gəlib.
Görüşdə qapılara qol vurulmayıb.
Qeyd edək ki, A qrupunun açılış oyununda Mərakeş Səudiyyə Ərəbistanını yenib - 1:0. B qrupunda isə Əlcəzair Türkiyəni 2:1 hesabı ilə məğlub etdiyi halda, Fələstin - Oman qarşılaşmasında 2:2-lik heç-heçə qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-milli-komandasi-kamerun-yigmasi-ile-hec-hece-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR