Azərbaycan poeziyasına dair kitab Kolumbiyada oxunacaq

Azərbaycan poeziyasına dair kitab Kolumbiyada oxunacaq
20:52 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan, Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu– “İyirmi şeir” kitabı işıq üzü görüb.
Mərkəzdən "Report"a verilən məlumata görə, Kolumbiya Milli Nəşriyyatında ərsəyə gəlmiş kitaba Nizami Gəncəvi, İmadəddin Nəsimi, müasirlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz və sair şairlərin şeirləri daxil edilib.
Şeirlər ispan dilinə Ramizə Həsənova, Azərbaycan dilinə Emin Ələsgərov tərəfindən tərcümə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/azerbaycan-poeziyasina-dair-kitab-kolumbiyada-oxunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR