Elektron avadanlıqlar təyyarəyə buraxılmayacaq -

ABŞ höküməti Avropa ölkələrindən uçan təyyarələrin salonlarına elektron avadanlıqların keçirilməsini qadağan etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, qadağa ABŞ-ın bir müddət əvvəl bir sıra Yaxın Şərq ölkələri ilə bağlı qəbul etdiyi qərara bənzəyir.

Qərara əsasən, Avropadan gələn təyyarələrdə planşet, elektron kitablar və noutbukların salona keçirilməsi qadağan ediləcək. Qadağa elektron cihazların içərisində partlayıcı qurğularının olması ehtimalına qarşı tətbiq olunacaq.

Yekun qərar 11 mayda Avropa Komissiyası Havaçılıq Təhlükəsizliyi Konfransında veriləcək.

Qeyd edək ki, martın sonunda Amerika hökuməti Misir, İordaniya, Qətər, Küveyt, Mərakeş, Türkiyə, Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından ABŞ-a uçan təyyarələrdə salona mobil telefondan böyük elektron avadanlıqların keçirilməsini qadağan etmişdi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR