Somalinin paytaxtında partlayış baş verib - 6 ölü, 12 yaralı

Somalinin paytaxtında partlayış baş verib - 6 ölü, 12 yaralı
21:27 8 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Somalinin paytaxtı Moqadişoda minalanmış avtomobilin partladılması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində, italyan kafesinin qarşısında baş verib.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
 
Qeyd edək ki, ötən gün Somalinin cənubunda "Əş-Şəbab" terror qruplaşmasının liderlərindən biri Abdi Badip məhv edilib. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR