36 yaşlı kapitan karyerasını başa vurdu

36 yaşlı kapitan karyerasını başa vurdu
21:28 8 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

“Verder”in təcrübəli yarımmüdafiəçisi Klemens Frits cari mövsümün sonunda butslarını mismardan asmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, 36 yaşlı futbolçu bu qərara ciddi zədə aldıqdan sonra gəldiyni gizlətməyib: “Zədələndikdən sonra gələcək haqda fikirləşmək üçün yetərincə vaxtım oldu. Düşündüm, bədənimin “səsinə” qulaq asdım. Həm də klubdakı vəziyyətin sabitləşməsi və komandanın doğru yolda olması da qərarıma təsir etdi. Mənim üçün “Verder”in formasını geyinmək həmişə böyük şərəf olub”.

Frits 2006-cı ildən “Musiqiçilər”in şərəfini qoruyur və Bremen klubunda 368 oyun keçirib. Martda ayaq topuğundan ciddi zədə alan yarımmüdafiəçi üçün mövsüm erkən bitmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR