Azərbaycanda qəribə hadisə: Şagird məktəbə buraxılmır - VİDEO

Azərbaycanda qəribə hadisə: Şagird məktəbə buraxılmır - VİDEO
21:32 8 May 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

9 sinif şagirdin iddiasına görə onu məktəbə buraxırmırlar. Milli.Az bildirir ki, Oğuzun Calud kənd sakini 9 sinif şagirdi Nəsir Məmmədzadə həmin kənddə Kəlbəcər rayon 95 saylı tam orta məktəbdə təhsil alır. Nəsir Məmmədzadə deyir ki, aşağı sinif şagirdi divarda onun haqqında söyüş yazıb. Buna görədə Nəsir 5-ci sinif şagirdini vurub.Onun sözlərinə görə,bu hadisədən sonra direktor onu məktəbə buraxmır.

Məktəb direktoru Səxavət Camalov isə bunun tamamilə yalan olduğunu bildirib.Nəsir Məmmədzadə dəfələrlə nizam intizamı pozduğundan onun valideyni ilə danışıqlar aparılıb.Və tərbiyəsi çətin olan uşaq kimi polisdə qeydiyyata alınıb.

Direktor onu da bildirir ki, döyülən şagirdin valideyni ilə söhbət aparılıb.Tərəflər arasında olan narazılıq aradan qaldırılıb. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR