Azər Əliyev: "Hər bir idman növünü sevir və yarışları izləməyə gedirəm"

Azər Əliyev: "Hər bir idman növünü sevir və yarışları izləməyə gedirəm"
21:42 8 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ "Ağırlıqqaldıranlarımızın IV İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış edəcəklərinə ümidvarıq. Amma bu yarışda ciddi rəqabət olacaq. Türkiyə, Qazaxıstan, Özbəkistan və İran atletləri güclüdürlər. Fikrimcə, biz ilk "3-lüy"ə daxil ola biləcəyik".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin baş katibinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev deyib. O, bütün idman növləri ilə maraqlandığını söyləyib: "Hər bir idman növünü - futbol, güləş, cüdo, karate, taekvondo və s. sevirəm və yarışları izləməyə gedirəm".
A.Əliyev İslamiadanın ilk yarış günündə 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Kamerunla oyununu izləyib. O, millinin oyununu çox bəyəndiyini bildirib. MOK rəsmisinin fikrincə, qrupda əsas rəqabət bu iki komanda arasında gedəcək.    

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azer-eliyev-her-bir-idman-novunu-sevir-ve-yarislari-izlemeye-gedirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR