Bakıda 40-a yaxın sürücü jalüzə görə cərimələnib

Bakıda 40-a yaxın sürücü jalüzə görə cərimələnib
21:50 8 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Mayın 1-dən bu günə qədər Bakıda avtomobillərdə pərdə və jalüzlərin istifadəsi ilə bağlı standartları pozan 40-a yaxın sürücü inzibati məsuliyyətə cəlb edilib. Bunu özəl olaraq Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol polisi əməkdaşları qeyd olunan məsələ ilə bağlı nəzarəti gücləndirib və müəyyən olunmuş standartları pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, mayın 1-dən etibarən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib və bu icazə noyabrın 15-ə qədər qüvvədə olacaq. Lakin pərdə və jalüzlər müəyyən olunmuş standartlara uyğun olmalıdır. Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2751527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR