İnsanlar nədən ölür? - 10 ƏN YAYILMIŞ SƏBƏB

İnsanlar nədən ölür? - 10 ƏN YAYILMIŞ SƏBƏB
21:52 8 May 2017
431 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı hər il bütün dünyada ölüm statistikasını aparır. Son nəticələr 2015-ci ilə aiddir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, 2016-cı ilin məlumatları cari ilin sonunda hazır olacaq.

Statistika göstərir ki, 2015-ci ildə bütün dünyada 56 400 000 insan ölüb. Ölümün əsas 10 səbəbi  bunlardır:
1-2. Ürəyin işemik xəstəliyi və insult. Son 15 il ərzində bu ölümün ən birinci səbəbidir. 2015-ci ildə insult və ürəyin işemik xəstəliyindən 15 milyon insan ölüb.
3. Aşağı nəfəs yollarının infeksiyaları
2015-ci ildə bu infeksiyalar 3,2 milyon insanın həyatını alıb.
4. Xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) - 3,2 milyon.
Bu xəstəlik əsasən siqaret çəkən insanlarda inkişaf edir.
5. Ağciyər xərçəngi
Buna mütəxəssislər həmçinin bronxlar və traxeya xərçəngini aid edirlər - 1,7 milyon. Bu xəstəliyin də əsas risk faktoru siqaret çəkməkdir.
6. Şəkərli diabet - 1,6 milyon.
Mütəxəssislər qeyd edir ki, ildən ilə bu xəstəliyə tutulan insanların sayı artır. Son 30 il ərzində bu xəstəliyə tutulma halları 4 dəfə artıb.
7. Alsgeymer xəstəliyi (demensiya)
Son 15 il ərzində bu xəstəliyə tutulan insanlaın sayı 2 dəfə artıb. Demensiyadan ölən insanların sayı şəkərli diabetdən ölən insanların sayına yaxınlaşır.
8. Diareya xəstəlikləri (ishal) - 1,4 milyon.
9. Vərəm - 1,4 milyon.
10. Yol-nəqliyyat hadisələri - 1,3 milyon. Ölənlərin 76%-i kişilərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR