Bakıda ünvan müamması - VİDEO

Bakıda ünvan müamması - VİDEO
21:52 8 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Eyni binada, eyni mənzildə yaşayan və eyni ailənin üzvlərinin qeydiyyatda olduqları küçə fərqli göstərilib. Milli.Az bildirir ki, bu qəribə vəziyyət paytaxtın Nərimanov rayonunda yaşanır.

İsmayılovlar ailəsinin sənədlərində anlaşılmazlıq yaşanır. Daşınmaz Əmlak Komitəsinin çıxarışında mənzilin Mirzəbala Məmmədzadə küçəsində yerləşdiyi qeyd edilib. Amma eyni mənzildə qalan ailənin şəxsiyyət vəsiqələrində fərqlilik var.

Cavidan İsmayılov deyir ki, kommunal xidmətləri göstərən qurumların göndərdikləri bildirişlərdə mənzilin ünvanı əhmədzadə küçəsi kimi göstərilir.

Eyni problemlə həmin binada yaşayan digər şəxslər də qarşılaşırlar.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, bu vəziyyət ya texniki səhv ucbatından yaranıb. Ya da ki, küçənin adı Əhmədzadədən sonradan Mirzəbala Məmmədzadəyə dəyişdirilib.Belə olan halda vətəndaşlar müvafiq qurumlara müraciət edərək sənədlərində dəyişiklik etməlidirlər. Əgər ünvan dəyişikliyi olubsa, o zaman sənədləşmə işlərinin aparıldığı qurumların məlumat sistemlərinə məhz yeni ünvanın adı inteqrasiya edilməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
AKIDA ÜNVAN MÜƏMMASI: Eyni binada yaşayırlar, ünvanları fərqlidir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542874.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR