Şəkidə 35 yaşlı kişi sirkə turşusu içib

Şəkidə 35 yaşlı kişi sirkə turşusu içib
21:54 8 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 35 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 18 radələrində Şəki rayonu Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elçin Fikrət oğlu Məmmədov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Müayinə zamanı məlum olub ki, 35 yaşlı Elçin Məmmədov sirkə turşusundan zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elçin Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR