Azərbaycanlı gəncdən analoqu olmayan sosial şəbəkə: DÜNYADA BİR İLK - VİDEO

Azərbaycanlı gəncdən analoqu olmayan sosial şəbəkə: DÜNYADA BİR İLK - VİDEO
22:05 8 May 2017
651 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənc real ünsiyyətə sövq edən beynəlxalq miqyaslı sosial şəbəkə yaradıb. Milli.Az bildirir ki, proqramın yaradıcısı Elçin Əskərovun sözlərinə görə, layihə unikallığı ilə seçilir.

Platformadan həm veb-saytdan və həm də mobil tətbiqetmə vasitsəi ilə telefon və planşetlərdə istifadə etmək mümkündür. "Onbranch" adlı tətbiq məkanların 3d görüntüsünü təqdim etməklə yanaşı həmin məkanda olan insanların dəqiq yerlərini də dostlarına göstərir.

Tətbiq istər biznes sahibləri, istər ictimai fəaliyyət subyektləri, istərsə də fərdi istifadəçilər üçün yeni imkanlar təqdim edir. Kafe və restoranlar qeydiyyatdan keçərək öz məkanlarının 3D görüntüsünü proqrama əlavə edə bilərlər. Onlar bununla biznes obyektlərini öncədən müştəriyə göstərə ,hətta qiymət və menyuda əlavə edə bilərlər.
Azərbaycanlı gəncin ərsəyə gtirdiyi tətbiq dünyada ilk fərqli formatda layihə kimi qeydiyatdan keçib. Onbranç proqramı turizm məqsədi ilə geniş imkanlar da təqdim edir.

Elçin Əskərovun sözlərinə görə hazırda onların heçbir maddi dəstəyə ehtiyacları yoxdur. Layihəyə beynəlxalq səviyyədə maraq olduğundan iyun ayında Londonda təqdimatı olacaq. Və yaxın gələcəkdə dünyanın aparıcı şəhərlərinin də məkanları əlavə ediləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı gəncdən analoqu olmayan sosial şəbəkə


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR