Hansı pərdə və jalüzlərə icazə verilir?

Hansı pərdə və jalüzlərə icazə verilir?
22:05 8 May 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Pərdə və jalüz mövsümü artıq bir həftədir ki, başlayıb. Amma bəzi sürücülər avtomobilə hansı pərdələrin vurulmasını bilmir.

Belə olduqda da qaydalara uyğun olmayan pərdədən istifadə edən sürücülərlə yol polisi arasında mübahisə yaranır. Elə aparıdığımız soruğu zamanı da sürücülərin bu məsələdə məlumatsız olduğu üzə çıxdı.Avtomobillərdə olan pərdənin çərçivəsi hansı materiyaldan hazırlanmalıdır?

Milli.Az bildirir ki, avtomobil bazarında bir neçə ildi bu işlə məşğul olan ustalar da deyir ki, əvvəllər pərdə və jalüzlərin bir neçə növü var idi. Sonradan onlar qaydalara uyğun olan pərdələri hazırlamağa başlayıblar.

İndi ustaların əksəriyyəti "maqnit" adlanan pərdə hazrılayır.

Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzə icazə verilir.

Qeyd edək ki, standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərimə edilə bilər. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR