Xidmətə yararsızlar yenidən yoxlanacaq? - Dövlət xidməti məsələyə aydınlıq gətirdi - VİDEO

Xidmətə yararsızlar yenidən yoxlanacaq? - Dövlət xidməti məsələyə aydınlıq gətirdi - VİDEO
22:22 8 May 2017
2649 Ölkə
Ölkə mətbuatı
A- A+

Hərbi xidmətə yararsız bileti alanların sağlamlığı yenidən yoxlanılacaq və bu sənədlərin necə verildiyi ilə bağlı araşdırma aparılacaq. Milli.Az bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediada yayılan bu xəbərlərlərə münasibət bildirib. Xidmətin hüquq təminatı şöbəsinin baş zabiti Rəşad Qasımovun sözlərinə görə, belə araşdırma onsuz da xidmətdə daimi olaraq aparılır. Ancaq düzgün olmayan şəkildə təqdim olunan məlumatlar da var.

Xidmətin baş zabiti Rəşad Qasımovun sözlərinə görə 18 yaşdan 35 yaşa qədər xəstəliyə görə möhlət hüququ verilən şəxslər hər 3 ildən bir yoxlanışa cəlb olunur. 16 yaşdan qeydiyyata alınan yeniyetmələrdə isə hansısa sağlamlıq problemi ortaya çıxarsa onların müalicəsi xidmətin göndərişi ilə pulsuz olaraq həyata keçirilir.

Rəşad Qasımov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hansısa şöbəsində göstərilən xidmətdən narazı qalan vətəndaşların dərhal qurumun mərkəzi aparatına məlumat verməli olduğuna diqqət çəkib.

Hərbi mükəlləfiyyəti olan şəxslərin Dəvət gələndə dərhal deyilən vaxtda lazımı yerdə olması xüsusi diqqət tələb edir. Əks halda səfərbərlik anında bu tələblərə riayət etməyən şəxslər inzibati xətalar yox, cinayət məcəlləsi ilə məsuliyyət daşıyacaqlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 9100 nömrəli çağrı mərkəzi də vətəndaşların xidmətindədir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xidmətə yararsızlar yenidən yoxlanacaq? - Dövlət xidməti məsələyə aydınlıq gətirdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/542888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR