Premyer Liqanın ən yaxşısı açıqlandı

Premyer Liqanın ən yaxşısı açıqlandı
22:32 8 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante daha bir mükafat əldə edib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Premyer Liqanın ən yaxşısı seçilib.

Ötən ay İngiltərə Peşəkar Futbolçular Birliyi tərəfindən mövsümün oyunçusu seçilən Kante bu dəfə İngiltərə Futbol Yazarları Birliyinin sorğusunun qalibi olub. 300-dən çox jurnalistin qatıldığı səsvermənin yekununda fransalı bütün rəqiblərini qabaqlayıb. İkinci yeri onun komanda yoldaşı Eden Azar, üçüncü pilləni isə "Tottenhem"in yarımmüdafiəçisi Dele Alli tutub.
 
Ötən mövsüm "Lester"lə Premyer Liqa çempionu olan Nqolo Kante cari mövsümdə "Çelsi"nin heyətində 38 matçda iştirak edib, 2 qola imza atıb.
 
Qeyd edək ki, İngiltərə Futbol Yazarları Birliyi ötən mövsüm mükafatı "Lester"in hücumçusu Ceymi Vardiyə vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR