Şüşədən batareya hazırlamaq mümkün olub

Şüşədən batareya hazırlamaq mümkün olub
22:42 8 May 2017
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin professorları Çingiz Ozkan və Mihri Ozkan tərəfindən elektrik nəqliyyat vasitələri və şəxsi elektronika üçün yüksək keyfiyyətli litium-ion batareyalar hazırlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, batareyalar üçün nano silikon anod yaratmaq məqsədilə onlar tullantı şüşə qablardan və ucuz kimyəvi proseslərdən istifadə ediblər.

Alimlərin sözlərinə görə, bu batareyalar elektrik və hibrid maşınlarının istifadəsini artıracaq, mobil telefon və dizüstü kompüterlərin (notbuk) az enerji yığmaqla daha çox istifadəsinə imkan yaradacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR