İsraildən Bəşər Əsədə

İsrail Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi Dan Halutz Bəşər Əsədə həmrəylik nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, Dan Halutz İsrail üçün hazırda ən yaxşı Suriya liderinin məhz Bəşər Əsəd olduğunu bildirib:

“Hazırda Əsəd rejiminin hakimiyyətdə qalması bizim üçün ən düzgün variantdır.

İsrail Bəşər Əsəd rejiminə qarşı vuruşan terrorçu qrupların işini bitirməsinə icazə verməlidir. Hesab edirəm ki, Rusiya yarada biləcəyi gərginliyə rəğmən, bölgədə əsas sabitik faktorlarından biridir".

Dan Halutz Əsəd rejiminin hakimiyyətdə qalmasına açıq şəkildə dəstək verən ilk İsrail səlahiyyətlisidir.

Qeyd edək ki, Suriya və Colan təpələrindən öz ərazisinə raket atıldığını iddia edən İsrail Əsəd rejiminə qarşı vuruşan gücləri dəstəkləyir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR