Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız

Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
22:52 8 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Dənizin insan psixologiyasına müsbət təsirindən xəbərdarıq. Amma ingilis alimləri bunu bir daha təsdiqləyərək, bu su hövzəsinin başqa faydalarını da sadalayıblar.

Milli.Az xəbər verir ki, dəniz yuxusuzluğa yaxşı çarədir. Çünki dənizin səsi insanın qulaqlarındakı küyü azaldır, ona layla kimi xoş təsir edir, əsəblərini sakitləşdirir ki, bu da insana qısa zamanda rahat, dərin yuxu gətirir.

Bundan başqa, dənizin nəfəs yolları üçün də xeyri var. Dəniz suyundan buxarlanan duz, yod insanın tənəffüs sisteminə yaxşı təsir edir. Öskürək, asma, təngnəfəslik kimi problemləri yüngülləşdirir. Nəfəs yolları viruslarına qarşı dözümlü edir. Xüsusən də yaz-payız mövsümündə qrip, zökəm epidemiyasından qorunmaq üçün dəniz havasını sıx-sıx qəbul etmək lazımdır.

Üstəlik dənizin gözəl görünüşü (xüsusən də səhər və axşamlar) insanın görmə qabiliyyətini də yaxşılaşdırır, gözdaxili təzyiqi azaldır.

Dənizin arterial təzyiq üçün də xeyri var. Ürək-damar, təzyiq problemlərindən əziyyət çəkənlər tez-tez dəniz sahilinə gəzintiyə çıxsalar yaxşı olar. Həkimlər hesab edirlər ki, işdən sonra yorğunluq və stressi aradan qaldırmağın ən yaxşı yolu yarım saat dəniz sahilində gəzməkdir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/540537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR