Alimlər gəncliyi qoruyub saxlamağın yolunu tapıblar

Alimlər gəncliyi qoruyub saxlamağın yolunu tapıblar
23:12 8 May 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Harvard Universitetinin mütəxəssisləri irsi faktora baxmayaraq, gəncliyi qoruyub saxlamaq vasitələrindən danışıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin fikrincə, xarici görünüşün yaşla əlaqədar dəyişməsində aparıcı rol heç də həmişə genlər oynamır. Eksperimentdə genetik məlumatlarının əlverişsiz olmasına baxmayaraq, xarici görünüşünü gənc saxlamağa müvəffəq olan xanımlar iştirak edib. Onlar bir qayda olaraq sağlam həyat tərzi keçirib, yaxşı qidalanıb və doyunca yatıblar.

Eksperimentin nəticəsində alimlər gəncliyi qoruyub saxlamağın formulunu müəyyən ediblər: gündə azı 7 saat dincəlmək, idmanla məşğul olmaq, müntəzəm olaraq dərini nəmləndirmək və günəşli havada eynək taxmaq. Belə ki, sabit fiziki fəallıq uzun müddət gənc qalmaq şansını 14 faiz, vitaminlər 18 faiz, yaxşı yuxu isə 10 faiz artırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/540499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR