Ərdoğan Küveytə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da Küveytə səfər edəcək.

Metbuat.az xəbər verir ki, prezident bir türk firmasının təkbaşına xaricdə qazandığı ən böyük tender olan Küveyt Beynəlxalq Hava Limanının yeni əsas sərnişin terminalının təməlqoyma mərasimində iştirak edəcək.

Səfər zamanı Ərdoğan Küveyt əmiri Şeyx Sabah Əl Əhməd Əl Cabir El Sabah ilə masa arxasına oturacaq. Həmçinin heyətlər arasında da görüşlər keçirəcək.

Görüşlərdə Küveyt ilə ikitərəfli əlaqələrlə yanaşı, regional və beynəlxalq mövzular da müzakirə ediləcək.

Səfərin Türkiyə-Küveyt əməkdaşlığını gücləndirəcəyi gözlənilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR