"Messi" həbs olundu - FOTOLAR

"Messi" həbs olundu - FOTOLAR
23:48 8 May 2017
166 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın ulduz futbolçusu Lionel Messiyə bənzərliyi ilə məşhurlaşan iranlı Reza Parasteş həbs edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, iranlı tələbə Messiyə bənzəməsinin güdazına gedib. Belə ki, Parasteş Həmədan şəhərində Leo fanatlarının diqqət mərkəzinə düşüb. Messinin pərəstişkarları ona bir xeyli bənzəyən gəncə böyük diqqət göstərərək, onunla şəkil çəkdirmək üçün növbəyə durublar. Polis isə “Messi”ni qarışıqlıq yaratdığına görə həbs edib.

Qısa müddət həbsdə saxlanılan Reza, sonra azad olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR