"Barselona"nın məşqçisi ilə Neymar arasında narazılıq yaşanıb

"Barselona"nın məşqçisi ilə Neymar arasında narazılıq yaşanıb
23:52 8 May 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın məşqçisi Xuan Karlos Unsue ilə Neymar arasında narazılıq yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onlar məşq zamanı digər futbolçuların gözü qarşısında söz savaşına çıxıblar. Unsue braziliyalı futbolçuya yaxınlaşaraq ona bəzi göstərişlər verib. Neymar bunu narazılıqla qarşılayıb. Söhbət uzanıb və Unsue ona diqqətini əsasən futbola yönəltməyi məsləhət görüb. "Sambaçı" isə əsəbi formada cavab verib. Qeyd edək ki, ispaniyalı mütəxəssis "Barselona"nın baş məşqçisi postuna əsas namizədlərdən biridir. Onun bu vəzifəyə uyğun gəldiyini Neymarın özü də rəhbərliyə bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR