26 yaşlı gənc bıçaqlanıb

26 yaşlı gənc bıçaqlanıb
23:57 8 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Nicat Mehman oğlu qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

N. Məmmədovun sözlərinə görə, o, qəsəbədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/542902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR