Modelləri işə götürən agentliklərə XƏBƏRDARLIQ EDİLDİ

Modelləri işə götürən agentliklərə XƏBƏRDARLIQ EDİLDİ
00:53 9 May 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Səhiyyə Nazirliyi insanların qidalanma pozuntularının qarşısını almaq üçün müxtəlif tədbirlər görüb. Bunların içərisində ən maraqlısı modellərin fəaliyyəti ilə bağlı tərtib olunan normalardır.

Publika.az xəbər verir ki, Fransada modelləri işə götürən agentliklərə xüsusi qaydalara riayət etmələri tapşırılıb. Şirkətlər norma çərçivəsindən aşağı olan çəkidə modelləri işə götürdüyü təqdirdə 75 min avro dəyərində cərimə ödəyəcək.

Cərimələr içərisində 6 aya qədər həbs cəzası da yer alır. Qanun həmçinin yerli KİV-ə də aiddir. Oktyabr ayının 1-dən etibarən normadan aşağı çəkiyə malik modellərin şəkillərinin tirajlanması qadağandır.

Qeyd edilir ki, bu qanun təkcə Fransada tətbiq edilmir. Analoji qaydalar artıq İtaliya, İspaniya və İsraildə qüvvəyə minib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR