Məşhur kanaldan Çağatay Ulusoya rekord təklif gəlib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "İçerde" serialı bitdikdən sonra ingilis dilini daha da inkişaf etdirmək üçün aktyor ABŞ-a, Los-Ancelesə getməyi planlaşdırır.
Məşhur kanallardan biri isə aktyorun uzun müddət televiziyadan uzaqlaşmasını istəmir. Bu səbəbdən də adı açıqlanmayan kanal Çağataya bir illik veriliş aparması üçün 2 milyon 500 min liralıq (təxminən 1 milyon 250 min manat) təklif edib. İddialara görə, aktyor təklifi qəbul edərsə, istədiyi rejissor və həmkarları ilə işləmək şansı qazanacaq.