Premyer Liqa:

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, turun qapanış matçında "Çelsi" "Midlsbro"nu qəbul edib.

Oyun gözlənildiyi kimi, ev sahiblərinin üstünlüyü şəraitində keçib. 23-cü dəqiqədə Dieqo Kosta hesabı açıb. Çox keçmədən Alonso fərqi artırıb. 65-ci dəqiqədə fərqlənən Matiçin qolu isə görüşdə sonuncu olub.

İngiltərə Premyer Liqası

36-cı tur

"Çelsi" - "Midlsbro" - 3:0

Qollar: Kosta, 23, Alonso, 34, Matiç, 65

Xallarının sayını 84-ə çatdıran "Çelsi" liderliyini daha da möhkəmləndirib. Hazırda "zadəganlar"la ikinci pillənin sahibi "Tottenhem" arasında 7 xal fərq var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR