Qardaşının həyat yoldaşını döyən qayın qardaşı tərəfindən bıçaqlanıb

Qardaşının həyat yoldaşını döyən qayın qardaşı tərəfindən bıçaqlanıb
05:52 9 May 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində iki qardaş arasında bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, insident Ümid Əkbərov küçəsi, 123 A ünvanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1976-ci il təvəllüdlü Musayev Rövşən Ağaqasım oğlu qardaşının həyat yoldaşı, 1976-ci il təvəllüdlü Musayeva Sevinc Əlisafa qızı ilə mübahisə edib və sonda onu döyüb. S.Musayeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisədən xəbər tutan S.Musayevanın əri (hələlik adı açıqlanmır) qardaşı R.Musayevə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan R.Musayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qardasinin-heyat-yoldasini-doyen-qayin-qardasi-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR