Google Maps-də yenilik var

Google Maps-də yenilik var
07:47 9 May 2017
Ölkə mətbuatı
A- A+

Ötən ilin sonunda istifadəçilərə mövcud xəritələrə düzəlişlər etməyə imkan verən "Map Maker" servisinin fəaliyyətini dayandıran "Google" şirkəti bu həftə "iOS" və "Android" əməliyyat sistemli qurğular üçün "Google Maps" kartoqrafik əlavəsinin yolları redaktə etməyə imkan verən yenilənməsini təqdim edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin məlumatına görə, "Map Maker" servisində ən çox istifadə edilən funksiyalardan biri yolları əlavə və redaktə etmək imkanı olub. Məhz bu səbəbdən "Google" şirkəti "Google Maps" mobil əlavəsinin son yenilənməsinə bu funksiyanı əlavə edib.

Xəritəyə düzəlişlər etmək üçün yan menyunu açaraq "Rəy bildirmək" → "Yol əlavə etmək" bölməsinə daxil olmaq lazımdır.

Bundan başqa, "Google Maps" servisinin veb versiyası və "Android" üçün əlavədə "Dördüncü səviyyəli yerli ekspert" səviyyəli istifadəçilər bundan sonra problemlər barədə bir neçə yol seqmentində məlumat verə biləcəklər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/542434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR