Çempionlar Liqası: ilk finalçı məlum olacaq

Çempionlar Liqası: ilk finalçı məlum olacaq
08:05 9 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk finalçının adına Turində aydınlıq gələcək.

Səfərdə "Monako" üzərində 2:0 hesablı qələbə qazanmış "Yuventus" doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq.  Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.

"Monako" da cari mövsümdə əla formadadı. "Knyazlıq klubu" Liqa 1-in XXXVI turunda səfərdə "Nansi"dən güclü olub - 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. "Yuventus" (İtaliya) - "Monako" (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun - 2:0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR