Çinlilər “Nokia 3310”-un saxta variantını yaratdılar

Çinlilər “Nokia 3310”-un saxta variantını yaratdılar
08:17 9 May 2017
Ölkə mətbuatı
A- A+

Yenilənmiş əfsanəvi "Nokia 3310" telefonunun saxta versiyası Çin və Malayziyada satışa çıxarılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "S-Mobile S331" adlandırılan cihaz təxminən 36 dollar qiymətində alıcılara təqdim edilir. Telefonun orijinalı isə 55 dollara olmalıdır.

Saxta versiyalı telefonun ekranında "Go to" düyməsi yoxdur. "Menu" bölməsi orijinal versiyada olduğu kimi ortada deyil, ekranın sağında yerləşir. Ekranın keyfiyyəti aşağıdır. Bundan başqa, başqa şriftdən istifadə olunur. Saxta aparatın düymələri kiçikdir və onlar qara rənglə örtülüb.

Qeyd edək ki, əfsanəvi "Nokia 3310" mobil telefonunun yenilənmiş versiyası bu ilin fevral ayında təqdim edilib. Yeniliyin Avropa regionunda satışlarına yaxın zamanlarda başlanılması gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/542444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR