Bakıda dost dostuna vintaçanla xəsarət yetirib

Bakıda dost dostuna vintaçanla xəsarət yetirib
08:22 9 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 may. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində iki dost arasında mübahisə birinin digərini küt alətlə vurması ilə nəticələnib.
"Report" xəbər verir ki, hadisə Əmircan qəsəbəsinin Nəsirrədin Tusi küçəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Həşimzadə Azər Əhmədağa oğlunun müxtəlif nahiyələrinə dostu tərəfindən vintaçan vasitəsi ilə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. O, çoxlu qan itirdiyinə görə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-dost-dostuna-vintacanla-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR